Banner

Təhsil və elm

Akademiyada yığıncaq - VİTSE-PREZİDENT SEÇİLİR

Akademiyada yığıncaq - VİTSE-PREZİDENT SEÇİLİR | FED.az
11:33 28 Dek 2019

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı başlayıb.

FED.az xəbər verir ki, iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Baş Nazirin müavini Şahin Mustafayev, Təhsil naziri Ceyhun Bayramov, Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın üzvləri və ziyalılar iştirak edirlər.

Eləcə də bax: AMEA-da yeni yüksək - VƏZİFƏ YARADILIR - RƏSMİ

Yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” müzakirə olunacaq.

Həmçinin AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsinə baxılacaq.

Bundan başqa, akademiyanın 2 nəfər birinci vitse-prezidenti vəzifəsinə seçkilər keçiriləcək.

 “Report”

Digər xəbərlər

Banner