Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov vəzifəsini azad edilib, Nazirlikdə yeni vəzifəyə təyin edilib.
Eləcə də bax: Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı əmri Agentliyinin nizamnaməsinə əsasən Təhsil naziri Emin Əmrullayev imzalayıb.
Eldar Orucov, 2021-ci ilin dekabrından etibarən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışacaq.
E.Orucov 2021-ci ilin yanvarından Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin edilmişdi.
Bundan öncə isə Təhsil Nazirliyində, “Kapital Bank” ASC-də, “Express Bank” ASC-də şöbə müdiri və audit meneceri vəzifələrində çalıb.