Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VÖEN – 1701393691) 2026-cı il üçün təmizlik xidmətlərinin satın alınması ilə bağlı ümumi dəyəri 7 milyon 781 min 246 manat olan 5 açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqələrin predmeti respublika üzrə müxtəlif "ASAN xidmət" mərkəzlərində və agentliyin inzibati binasında təmizlik və bu qəbildən olan digər xidmətlərin satın alınmasıdır. Satınalmalar aşağıdakı hissələrə bölünür:
Gəncə, Bakı və Tovuz üzrə: 1 və 2 saylı Gəncə, 3, 4 və 5 saylı Bakı, eləcə də Tovuz regional mərkəzləri üçün. Ehtimal olunan qiymət: 1 milyon 773 min 784 manat 68 qəpik.
Qəbələ, Quba, Salyan, Naxçıvan, Lənkəran və Masallı üzrə: Regional mərkəzlər üçün. Ehtimal olunan qiymət: 1 milyon 585 min 259 manat 97 qəpik.
Bərdə, Balakən, Mingəçevir, Sabirabad, İmişli və Kürdəmir üzrə: Regional mərkəzlər üçün. Ehtimal olunan qiymət: 1 milyon 566 min 221 manat 70 qəpik.
Sumqayıt, Bakı, Ağcabədi, Şamaxı və Şəki üzrə: 1 və 2 saylı Sumqayıt, 6 saylı Bakı, eləcə də Ağcabədi, Şamaxı və Şəki regional mərkəzləri üçün. Ehtimal olunan qiymət: 1 milyon 459 min 914 manat 93 qəpik.
İnzibati bina və Bakı üzrə: Dövlət Agentliyinin inzibati binası, 1, 2 və 7 saylı Bakı mərkəzləri üçün. Ehtimal olunan qiymət: 1 milyon 396 min 65 manat 71 qəpik.
Müsabiqələr 10 dekabr 2025-ci il tarixində dərc edilib.
Bütün tenderlər üzrə təkliflərin son təqdim olunma vaxtı 13 yanvar 2026-cı il, saat 17:00-dır. Zərflərin açılışı həmin tarixdə, saat 17:00-da keçiriləcək.
İştirak haqqı hər bir tender üzrə 600 manat təşkil edir. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər.
İstifadə haqqı hər bir satınalma üçün 25 manatdır.
Əlaqələndirici şəxs: Səbuhi Ələkbərli - Satınalmalar və təminat sektoru
[email protected]
+994 12 444 74 44 (2025)
İddiaçıların tələb olunan sayı: 3










