“Azərbaycanda verilən təhsil kreditlərinin həcmi 6%-dən 3%-dək endirilməlidir”.
Eləcə də bax: Nazir tələbə təhsil kreditlərinin verilməsindəki problemlərdən - DANIŞIB
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli bildirib.
O qeyd edib ki, adına torpaq sahəsi olan şəxslərin övladlarının kredit üçün müraciət hüququ yoxdur: “Bu qayda ləğv olunmalı, onlar üçün də kredit götürmək şəraiti yaradılmalıdır”.
Əli Məsimli əlavə edib ki, təhsil krediti üçün müraciətlə bağlı qəbul zamanı minimum 300 bal tələbi də ləğv olunmalıdır: “Qəbul imtahanında 300 bal toplayan şəxsin onsuz da dövlət sifarişi əsasında oxumaq imkanı var. Hesab edirəm ki, bu limit ləğv olunmalıdır”. (Qafqazinfo)