Amerika-Azərbaycan Cəmiyyəti (ASA) 2022-ci il üzrə payız semestrinin təqaüd proqramının qaliblərini elan edib.
Eləcə də bax: “Dövlət başçısı bu krediti nə vaxtsa bağışlaya bilər” – AÇIQLAMA
FED.az xəbər verir ki, müsabiqə ölkəmizin Amerika ictimaiyyəti arasında təbliği istiqamətində fədakarlıq və maraq göstərən azərbaycanlı tələbələrin mükafatlandırılması məqsədilə keçirilir.
Bu il müsabiqənin iki qalibi müəyyənləşdirilib. Onlar Nyu-Yorkdakı CUNY Baruch Kollecinin tələbəsi Elnurə Musazadə və Pensilvaniya Drexel Universitetinin tələbəsi Vüsalə İslamovadır.
Qaydalara əsasən, tələbələr vətənə sevgini və bu hissi bütün dünya ilə bölüşmək arzusunu nümayiş etdirən esselər təqdim ediblər. Hər bir tələbəyə verilən 3000 ABŞ dolları məbləğində mükafat onların təhsil xərclərini ödəmək üçün birbaşa universitetlərinə göndərilib.
Qeyd edək ki, ASA 2013-cü oldə ABŞ-da akkreditə olunmuş kollec və ya universitetdə təhsil alan amerikalı ailələr tərəfindən övladlığa götürülmüş azərbaycanlı, azərbaycanlı amerikalı, ABŞ-da müvəqqəti yaşayan və ya orada doğulub böyüyən Azərbaycan əsilli uşaqlara kömək etmək məqsədilə Təqaüd Fondu yaradıb. Təqaüd Proqramı tamamilə Amerika azərbaycanlıları və ASA-nın amerikalı üzvləri tərəfindən maliyyələşdirilir.