“Fevralın 1-dən sonrakı iki həftə ərzində 5-9-cu siniflərdə dərslərin qismən bərpa olunması üçün qərarların verilməsi nəzərdə tutulur”.
Eləcə də bax: Ali məktəblərin açılması barədə - Qərar Veriləcək
FED.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bu, ölkədə COVİD-19 virusuna yoluxma statistikasından asılı olacaq.
Nazir bildirib ki, 5-9-cu siniflər və orta təhsilin digər səviyyələri ilə bağlı qərarlar fevralın 8-də və ya 15-də verilə bilər. Burada tarix yoluxma statistikasından asılı olaraq dəyişəcək. (Qafqazinfo)