Azərbaycanda universitet məzunlarının ali məktəbi bitirnnədən sonra işlə təmin olunması və aldığı əmək haqları ilə bağlı vəziyyət açıqlanıb.
Azərbaycanda məzunları iş tapa bilməyən universitetlər – SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi”nə istinadən xəbər verir ki, 2018-2023-cü illərdə Azərbaycanda universitetləri 121 min nəfər bitirib. Onların 71 min nəfəri, yəni 58%-i işlə təmin olunub, qalan 50 min nəfər, yəni 42% işsizdir.
Reytinq rəqəmləri göstərir ki, ən yaxşı iş tapanlar Bakı Ali Neft Məktəbinin məzunladırıdır – bu məktəbi bitirən hər 3 nəfərdən 2-si, yəni 67% iş tapır. İş tapmala bağlı ən zəif vəziyyət Odlar Yurdu Universitetindədir – bu ali məktəbi bitirənlərin cəmi 30%-i iş tapır.
Araşdırma göstərir ki, ölkə iqtisadiyyatında bəzi ixtisaslara böyük maraq var. Məsələn, biznesin təşkili və idarəedilməsi (tədris ingilis dilində) ixtisası üzrə məzun olmuş şəxslərin işlə təmin olunması 88%-ə çatır. Mexatronika və robototexnika mühəndisliyi ixtisasının sahiblərinin işlə təmin olunması isə cəmi 3,8%-dir.
Maraqlı məqam işləyən məzunların nə qədər maaş almasıdır. Araşdırma göstərir ki, işləyən məzunların əksəriyyəti kiçik əmək haqqı alır. Belə ki, işlə təmin olunmuş məzunların 41 min 69 nəfəri 400 manatdan az maaş alır. 50 min nffər isə 500 manatdan az maaş alır. Belə ki, Məzunlardan
41 min 69 nəfəri 400 manatdan az
9 min 539 nəfəri 401-500 manat arası,
6 min 244 nəfəri 501-650 manat arası,
3 min 327 nəfəri 651-800 manat arası,
1 min 395 nəfəri 801-950 manat arası,
777 nəfəri 951-1 100 manat arası,
564 nəfəri 1 101-1 250 manat arası,
300 nəfəri 1 251-1 400 manat arası,
160 nəfəri 1 401-1 550 manat arası,
582 nəfəri isə 1 551 manatdan yüksək maaş alıb.
Başqa sözlə, son 5 ildə məktəbi bitirən 120 min nəfərdən yalnız 10 min nəfəri ölkə üzrə orta aylıq əmək haqqına çatı bilib. Qalanları ondan az maaş alır.
Məzunların 11 min 629 nəfəri universiteti bitirdikdən 1 ay sonra iş tapıb. 10 min 388 nəfəri 2-3 ay sonra,
5 min 53 nəfəri 4-6 ay sonra,
5 min 341 nəfəri 7-9 ay sonra,
4 min 576 nəfəri 10-12 ay sonra,
8 min 540 nəfəri 13-15 ay sonra,
8 min 594 nəfəri 16-18 ay sonra,
3 min 730 nəfəri 19-20 ay sonra,
5 min 719 nəfəri 21-23 ay sonra,
390 nəfəri isə 2 il ərzində işlə təmin olunub.
2018-2023-cü illərdə işəgötürənin iqtisadi fəaliyyət növü üzrə işə qəbul olmuş məzunların sayı (Burada əsas diqqət işəgötürənin hansı sahədə fəaliyyət göstərməsinə yönəlir – FED.az) aşağıdakı kimi olub:
Mərkəzi Bankın fəaliyyəti üzrə 3 min 801 nəfər;
İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı üzrə 2 646 nəfər;
İxtisaslaşdırılmamış topdansatış üzrə 2 min 63 nəfər;
Restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə 2 min 59 nəfər;
Ümumi xarakterli dövlət idarəetməsi üzrə 1 min 961 nəfər;
Ümumi orta təhsil üzrə 1 min 844 nəfər;
Ali təhsil üzrə 1 min 648 nəfər;
İxtisaslaşdırılmamış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı üzrə 1 min 517 nəfər;
Digər qruplara daxil edilməyən fərdi xidmətlərin göstərilməsi üzrə 1 min 274 nəfər;
Sosial proqramların idarə edilməsi üzrə 950 nəfər.
Bəhs olunan dövrdə məzunlar ən çox aşağıdakı qurumlar tərəfindən işlə təmin edilib:
“Araz Supermarket” MMC – 1 203 nəfər;
“Kapital Bank” ASC – 994 nəfər;
Bakı Şəhəri Təhsil İdarəsi – 858 nəfər;
“Dost İş Mərkəzi” MMC – 708 nəfər;
“ABC-Telecom” MMC (“Kantakt Home”)– 557 nəfər;
“Unibank Kommersiya Bankı” ASC – 516 nəfər;
“McDonald’s Azərbaycan” QSC – 503 nəfər;
“OBA Market” MMC – 496 nəfər;
“ANC Group” MMC (“Rahat market”) – 492 nəfər;
“Azərbaycan Supermarket” MMC (Bravo market) – 487 nəfər.
Qeyd edək ki, işəgötürənlərin 12 min 710 nəfəri (88,7%-i) özəl sektorda, 1 min 626 nəfəri (11,3%-i) özəl sektorda fəaliyyət göstərib.
Muzdla çalışan məzunların 50 min 646 nəfəri 75,7%-i özəl sektorda, 16 min 258 nəfəri (24,3%-i) özəl sektorda çalışır.










