2024-cü ildə Gürcüstandan Azərbaycana 63 min 200 ABŞ dolları dəyərində bal ixrac edilib.
Assosiasiya sədri: "Azərbaycan balı dünya bazarında hələ yerini tapmayıb"
FED.az xəbər verir ki, bu barədə ölkənin nüfuzlu iqtisadi nəşri "bm.ge"nin yaydığı məlumata qeyd edilib.
Məlumata görə, ümumilikdə 2024-cü ildə Gürcüstanın bal ixracı kəskin azalıb. Belə ki, il ərzində 33.8 ton bal ixrac edilib, bu da 2023-cü illə müqayisədə 64.41% dəyər, 69.4% isə həcm baxımından azalma deməkdir.
Bildirilib ki, Gürcüstanın bal ixracında Azərbaycan əsas bazar olaraq qalır.
"2024-cü ildə bal ixracının əsas bazarları arasında Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, ABŞ, İraq və Yaponiya yer alıb", - məlumatda vurğulanıb. (Report)