Azərbaycanda ticarət şəbəkəkələrində malların alıcılara üzərindəki qiymətdən fərqli qiymətə satışı halları davam edir.
FED.az SUPERMARKET xəbər verir ki, növbəti belə hal «Bazarstore» şəbəkəsində baş verib.
Marketlərdə quşçuluq məhsulları neçəyədir? – MARKETLƏR, QİYMƏTLƏR, SİYAHI
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, «Bazarstore»də qeyri-qida məhsulu üzərində göstərilmiş qiymətdən baha qiymətə satılıb.
"Bravo"nun 9 mağazası bağlanır - ŞİRKƏTDƏN AÇIQLAMA
Bu isə «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 13-cü maddəsinin 1-ci bəndinin pozulması deməkdir. Baş verən pozuntuya görə, marketlər şəbəkəsinə İnzibati Xətalar Məcəlləsinin 447.01 bəndi - «Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması» üzrə protokol yazılıb.
Bu marketlər alış-veriş üçün daha sərfəlidir – SORĞU – NƏTİCƏLƏR - SİYAHI
Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə hüquqi şəxslər üzrə cərimə məbləği 4-6 min manat arasında dəyişir. Qeyd edək ki, «az miqdarda” dedikdə, 300 manata qədər olan məbləğ başa düşülür.