Sosial mediada "Azerbaijan Supermarket" MMC şirkətinə məxsus olan 10-dək Bravo marketin bağlandığı barədə məlumatlar, foto və videolar paylaşılır.
75 marketi olan, 254 milyon satış edən «Rahat market»in sahibi – İLDƏ CƏMİ 384 MİN MANAT QAZANIB
Ev üçün yuyucu tozu düz seçirik? - Marketlərdə yuyucu tozların - FƏRQLİ QİYMƏTLƏRİ – SİYAHI
Ən sərfəli bonus kartı olan - TİCARƏT ŞƏBƏKƏSİ HANSIDIR? – SİYAHI
FED.az xəbər verir ki, "Bravo"ların sahibi olan "Azerbaijan Supermarket" şirkəti bu iddiaları təsdiqləyib.
Şirkət eturaf edib ki, onun Bakıdakı 9 mağazası fəaliyyətini dayandırır. "Aşağıda qeyd edilən 9 ünvanda yerləşən mağazalarımız standartlara cavab vermədiyi üçün fəaliyyətini dayandırır" - deyə şirkət bağlanan mağazaların siyahısını açıqlayıb:
1. Nəsimi rayonu, Əlimərdan Topçubaşov ilə Salatın Əsgərova küçələrinin kəsişməsi
2. Nəsimi rayonu, Azadlıq pr., Slavyan Universitetinin yaxınlığı
3. Xətai rayonu, Məzahir Rüstəmov küç., 26 saylı binanın yaxınlığı
4. Nərimanov rayonu, Faiq Yusifov küç. 15
5. Nizami rayonu, Qara Qarayev prospekti, 53
6. Xətai rayonu, General Şıxlinski küçəsi, 34C və 34E, qapı 1, 2
7. Xətai rayonu, Sadıqcan küçəsi 8A (Elit Palace)
8. Bakıxanov qəsəbəsi, Sülh küçəsi 2/20
9. Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi 16
Şirkət ilin sonuna qədər yeni marketlərin açılacağını da bildirib.