Bu ilin may ayında Azərbaycandan 26,6 milyon dollarlıq çiyələk ixrac edilib.
Keçən ay çiyələk ixracı 5 dəfə artıb
FED.az biznes və maliyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın iyun sayında bildirilir.
Məlumata görə, çiyələk ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 milyon dollar və ya 2,6 dəfə artıb. Belə ki, 2025-ci ilin may ayında Azərbaycandan 10,2 milyon dollarlıq çiyələk ixrac edilmişdi.
Qeyd edək ki, cari ilin may ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 27,2% artaraq 396,7 milyon dollar təşkil edib.
Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 23,8% artaraq 144,6 milyon dollara, qeyri-yeyinti məhsullarının ixracı isə 30,7% artaraq 288,5 milyon dollara bərabər olub.















