İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın mart sayını təqdim edib.
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yeri tutub - Qeyri-neft sektoru ixracı üzrə yeni rəqəmlər
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (60,7milyon ABŞ dolları) birinci olub.
Bu siyahıda qabığı təmizlənmiş meşə fındığı (57,4 milyon ABŞ dolları) ikinci, mis filizləri və konsentratları (44,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

















