Azərbaycanda ticarət şəbəkəkələrində malların alıcılara üzərindəki qiymətdən fərqli qiymətə satışı halları davam edir.
FED.az xəbər verir ki, bu sahədə ən çox fərqlənən ticarət şəbəkələrindən biri «Araz Supermarket»ləridir.
Marketlərdə quşçuluq məhsulları neçəyədir? – MARKETLƏR, QİYMƏTLƏR, SİYAHI
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, «Araz Supermarket»lərində qeyri-qida məhsulu üzərində göstərilmiş qiymətdən baha qiymətə satılıb.
"Bravo"nun 9 mağazası bağlanır - ŞİRKƏTDƏN AÇIQLAMA
Bu isə «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 13-cü maddəsinin 1-ci bəndinin pozulması deməkdir.
Maraqlıdır ki, ticarət şəbəkəsi bu hallara hələ başa çatmayan il ərzində 5 dəfə yol verib. Nəticədə şəbəkəyə 14 fevral, 6 mart, 20 aprel, 4 avqust və 22 avqust tarixlərində 5 protokol yazılıb.
Baş verən pozuntuya görə, marketlər şəbəkəsinə İnzibati Xətalar Məcəlləsinin 447.01 bəndi - «Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması» üzrə protokol yazılıb.
Bu marketlər alış-veriş üçün daha sərfəlidir – SORĞU – NƏTİCƏLƏR - SİYAHI
Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə hüquqi şəxslər üzrə cərimə məbləği 4-6 min manat arasında dəyişir. Qeyd edək ki, «az miqdarda” dedikdə, 300 manata qədər olan məbləğ başa düşülür.