7 ölkəyə məxsus 19 müəssisənin məhsullarının Azərbaycana idxalına qadağa tətbiq edilib.
"Nestle"nin Azərbaycana gətirilən uşaq qidalarının - YOXLANILMASINA BAŞLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycana il ərzində 107 ölkədən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə aid müxtəlif növ məhsullar idxal edilib:
"İdxal prosesində aparılan yoxlamalar zamanı 787 uyğunsuzluq halı aşkarlanıb, təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verməyən 2 min ton və 308 min ədəd məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb. Nəzarət tədbirləri çərçivəsində tərkibində qadağan olunmuş maddə aşkarlanan energetik içkilər, uyğunsuzluq müəyyən edilən uşaq qidaları, eləcə də təhlükəsizlik göstəricilərinə görə uyğunsuzluq müəyyən edilən ət və ət məhsulları, quş əti, bitkiçilik məhsulları, qənnadı məmulatları və digər məhsullar məhv edilib. Bundan əlavə, 7 ölkəyə məxsus 19 istehsalçı müəssisənin məhsullarının Azərbaycana idxalına qadağa tətbiq olunub". (Report)











