Bu ilin yanvar ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 11 min 533 nəfər və ya 0,22 faiz artıb.
Bu barədə FED.az-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, 2025-ci ilin fevralın 1-nə uçota alınmış sığortaolunanların sayı 5 milyon 175 min 123 nəfər təşkil edib.