Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat götürüləcək.
Sahibkarların və şirkətlərin işçilərə görə DSMF xərcini - DÖVLƏT ÖDƏYƏCƏK – AZƏRBAYCANDA İLK DƏFƏ
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.
Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.
Qanun layihələri səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.