2023-cü il üçün təqdim olunan əcnəbi işçi qüvvəsi üçün kvota proqnozunun 25%-nin Qarabağda fəaliyyət göstərən şirkətlər tərəfindən verilib.
Eləcə də bax: Qarabağda şəhərlərin baş planlarının hazırlanmasına 25 milyon manat - XƏRCLƏNİB
FED.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin iş icazələrinin verilməsi şöbəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Aygün Nağıyeva deyib.
O xatırladıb ki, işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işləri ilə əlaqədar ötən illə müqayisədə bu il təsdiqlənmiş kvota vahidi 1000 vahid artaraq, 8740-a çatdırılıb. (Apa)