“İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş şəhərlərimnin baş planlarının hazırlanmasına 25 milyon manat vəsait xərclənib”.
Eləcə də bax: Şuşada tikintiyə dair tələblər - SƏRTLƏŞDİRİLİR
FED.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.
Xatırladaq ki, zərbaycanda ötən il işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 2 200 milyon manat vəsaitin 99%-i və yaxud 2 178,4 milyon manatı istifadə olunub. (Report)