Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi müddətində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərarına uyğun olaraq, mayın 4-dən etibarən “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edəcək.
Eləcə də bax: Bu gündən 50 min ictimai iş yerinin - YARADILMASI BAŞLAYIR
FED.az xəbər verir ki, bu fəaliyyətə pensiya, müavinət, təqaüd alınması üçün hazır bank kartlarının verilməsi və ünvanlı dövlət sosial yardımının təyin olunması üzrə müvafiq işlər daxildir. Həmin xidmətlərdən yararlanmaq üçün paytaxtın Yasamal və Səbail rayonlarının sakinləri 1 saylı Bakı DOST Mərkəzinə, Xəzər və Pirallahı rayonlarında qeydiyyatda olan vətəndaşlar isə 2 saylı Bakı DOST Mərkəzinə müraciət edə bilərlər.
DOST Mərkəzləri yalnız qeyd edilən istiqamətlər üzrə olmaqla həftə içi saat 09:00-dan 18:00-dək, şənbə və bazar günləri 10:00-dan 13:00-dək xidmət göstərəcək.