Sosial

"Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA

"Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA | FED.az
19:57 30 Dek 2019

FED.az xəbər verir ki, "Azərsun Holdinq" Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Eləcə də bax: "Kontakt Home" işçi axtarır - VAKANSİYA

Namizədə aid tələblər:

• Maliyyə, İqtisadiyyat və ya Audit ixtisası üzrə ali təhsilli olmalı;
• Mühasibatlıq sahəsi üzrə minimum 2 il təcrübəyə sahib olmalı;
• Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməli;
• 1C, SAP, BTP, EFP, MS Office (xüsusilə MS Excel) proqramlarından istifadə qaydalarını yaxşı səviyyədə bilməli;
• Əmək haqqı hesablanmasını yaxşı bilməlidir.

İş haqqında məlumat:

• Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
• Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması;
• Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanması;
• Hesablamaların dəqiqliklə hesablar sisteminə köçürülməsi.
• Əmək haqqı, Məzuniyyət, Son haqq-hesab, əmək qabiliyyəti olmama vərəqələrinin hesablanması və ödənilməsi (müvafiq hesablara yüklənməsi). .
• Bank ödənişlərinin hazırlanması.
• Ödənişlərin Bankdakı hərəkətlərinə nəzarət edilməsi.

Çalışma qrafiki:

Həftəiçi 5 gün, saat 09:00-18:00.
Çalışma yeri:
Qaradağ ray.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (“Mühasib” başlığı ilə) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.

Digər xəbərlər