FED.az xəbər verir ki, "Kontakt Home" İnsan resursları üzrə mütəxəssis (HR Specialist) vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "AFB Bank" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
• Açıq vakansiyaları təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
• Elan olunan vakasiyalar üzrə namizədlərin axtarışı;
• Gündəlik müsahibə cədvəlinin aparılması;
• Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
• Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumatın veriməsi;
• Müsahibə nəticələrinin database-nin aparılması;
• İşəqəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
• İşəqəbul layihələrinin təşkilində yaxından iştirak etmək;
• Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
• Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələri yerinə yetirmək.
Tələblər:
• Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
• İnsan Resursları sahəsində iş təcrübəsi - 1 ildən artıq;
• Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır;
• Ms Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
• İşə qəbul müsahibələrinin aparılmasında təcrübə arzu olunandır.
Şəxsi keyfiyyətlər:
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti;
• Stres altında işləmək bacarığı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: 800 AZN-dən
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.