Azərbaycanda sosial kartların ümumi sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin dekabrın 1-nə təmassız ödəniş kartlarının ümumi sayı 3 milyon 641 min ədəd olub.
Bu da illik müqayisədə 98 min (2,8%) , aylıq müqayisədə 15 min ədəd (0,4%) artım deməkdir.
Belə ki, 2022-ci ilin dekabrın 1-nə ödəniş kartlarının ümumi sayı 3 milyon 543 min ədəd, cari ilin noyabrın 1-nə 3 milyon 623 min ədəd olub.