Azərbaycanda təmassız ödəniş kartlarının ümumi sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin dekabrın 1-nə təmassız ödəniş kartlarının ümumi sayı 12 milyon 657 min ədəd olub.
Bu da illik müqayisədə 2 milyon 946 min (30,3%) , aylıq müqayisədə 366 min ədəd (3%) artım deməkdir.
Belə ki, 2022-ci ilin dekabrın 1-nə ödəniş kartlarının ümumi sayı 9 milyon 711 min ədəd, cari ilin noyabrın 1-nə 12 milyon 291 min ədəd olub.