Azərbaycanda təmassız ödəniş kartlarının sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin okytabrın 1-nə ödəniş kartlarının ümumi sayı 11 967 min ədəd olub.
Bu da illik müqayisədə 2 547 min (27%) , aylıq müqayisədə 278 min ədəd (2,4%) artım deməkdir.
Belə ki, 2022-ci ilin oktyabrın 1-nə təmassız ödəniş kartlarının sayı 11 689 min ədəd, cari ilin sentyabrın 1-nə 9 420 min ədəd olub.