2025-ci il dekabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 239,3 min nəfər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə onların 51,5 faizini və ya 123,2 min nəfərini qadınlar, 48,5%-ni və ya 116,1 min nəfərini təşkil edib.
İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 494,3 manat olub.
Ümumi işsizlərin sayı son bir ildə 24,2 min nəfər (11,3%), işsiz qadınlar 21 min nəfər (20,5%), kişilər isə 3,2 min nəfər (2,8%), sığorta ödənişi 87,5 min nəfər (21,5%) artıb.
2024-cü il dekabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 215,1 min nəfər olub, onların 47,5 faizini (102,2 min nəfər) qadınlar, 52,5%-ni (112,9 min nəfər) kişilər təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 406,8 manat olub.










