Azərbaycanda əmək haqqı kartlarının ümumi sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin dekabrın 1-nə təmassız ödəniş kartlarının ümumi sayı 2 milyon 866 min ədəd olub.
Bu da illik müqayisədə 107 min (3,9%) , aylıq müqayisədə 44 min ədəd (1,6%) artım deməkdir.
Belə ki, 2022-ci ilin dekabrın 1-nə əmək haqqı kartlarının ümumi sayı 2 milyon 759 min ədəd, cari ilin noyabrın 1-nə 2 milyon 822 min ədəd olub.