Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələri üzrə zərflər siyahısına bir sıra yeni istiqamətlər əlavə olunub.
Azərbaycanda yeni “Avtoklaster” layihəsinə başlanır
FED.az xəbər verir ki, siyahıya “Qəssab dükanı”, “Kotançılıq”, “Özünəxidmət avtoyuma”, “Avtodəmirçi və PDR (zədələrin boyasız təmiri) xidmətləri”, “Avtorazval xidmətləri” istiqamətləri daxil edilib
Beləliklə, hazırda proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 32 iqtisadi fəaliyyət sahəsi üzrə zərf təqdim edilir.
Həmçinin proqram çərçivəsində təklif olunan digər zərflərin tərkibində dəyişiklik edilərək onlar daha da təkmilləşdirilib.