Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi rayon (şəhər) İcra Hakimiyyətləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlıqda yeni “Avtoklaster” layihəsinə başlayır.
Agentlik vətəndaşa verilən 21 baş qoyunun xəstə olması ilə bağlı iddialara aydınlıq gətirib
FED.az xəbər verir ki, layihə çərçivəsində eyni və ya oxşar iqtisadi fəaliyyət sahələri üzrə özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin ediləcək şəxslərin həmçinin eyni məkanda yerləşdirilməklə klaster müəssisə formasında birgə fəaliyyət göstərmələrinə də imkan yaradılacaq.
Məqsəd özünüməşğulluq proqramının səmərəliliyini daha da yüksəltmək, proqramdan yararlanan şəxslərin biznes fəaliyyətlərinin rəqabətə davamlılığını təmin etmək və gəlirlərini artırmaqdır.
Layihə iştirakçılarının seçimi zamanı qeyd edilən sahələrdən biri üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Müraciət etmək istəyən şəxslər Şəki-Zaqatala Regional Məşğulluq filialının Oğuz rayonu üzrə Xidmət şöbəsinə müraciət edə bilərlər.
Layihənin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur.