Daşınmaz əmlakın sığortası ev sahibləri üçün əmlaklarını qorumaq üçün vacib bir vasitədir. Bununla belə, ev sahibləri üçün mühüm olan digər məsələ –evdəki əşyaların da sığortalanmasıdır.
Azərbaycan Sənaye Sığortadan - "BAHAR KAMPANİYASI!"
Artıq əmlak sığortasını ABB-nin mobil tətbiqindən əldə etmək mümkündür - "ATƏŞGAH" SIĞORTADAN YENİLİK
“Atəşgah” sığortada əmlaka aid zərərlərin tənzimlənməsi işininə - SƏDR NƏZARƏT EDƏCƏK
Azərbaycanda daşınmaz əmlakın – yəni ev və mənzillərin sığortası ilə məşğul olan sığorta şirkətləri evdəki əmlakları da sığorta edirlər. Amma ayrı-ayrı şirkətlərdə bu sığortaya yanaşma və şərtlər bir-birindən fərqlənir.
FED.az bu yazıda sığorta şirkətləri tərəfindən təqdim olunan sığorta şərtlərini araşdırıb. Evləri sığrotalanması zamanı icbari sığorta növü üzrə ev daxilində olan əşyaların sığortalanması mümkün deyil, lakin könüllü sığorta paketləri ilə evin daxilində olan əşyalarında sığortalanması əlçatandır. Daha detallı cədvəldə:
Sığorta şirkəti |
Əşyaların sığortalanması |
A-Group Sığorta |
Evdə olan bütün əşyaların siyahısı tərtib olunmalıdır, müştəri bütün əşyaların və qiymətləni qeyd edən siyahını sığorta şirkətinə təqdim etdikdən sonra baxış keçirilir və daha sonra təklif verilir. Könüllü sığorta növü olduğundan standart sığorta haqqı yoxdur, baxışın nəticəsinə əsasən sığorta ödənişi və təminat müəyyən edilir. |
Atəşgah Sığorta |
Bütün əşyaların siyahısı tərtib edilib sığorta şirkətinə təqdim edildikdən sonra sığrota haqqı və təminat məbləği müəyyən edilir. Əşyaların hər birinin dəyəri qeyd edilməlidir. |
Ata Sığorta |
Könüllü sığorta növündə əşyaların sığortalanması mümkündür. Evin dəyəri və evin içindəki əşyaların dəyərindən asılı olaraq dəyişir məbləğ. İlk öncə sığorta şirkətinə evin və əşyların şəkillərini göndərmək lazımdır, şirkət şəkillərə baxmalıdır həqiqətən də bu evi sığorta etmək olar və ya olmaz. Daha sonra evə baxış keçirilir və baxış sonrası qiymət razılaşdırılır. |
Azərbaycan Sənaye Sığorta |
Daşınmaz əmlakın könüllü sığortası zamanı əmlak daxilində olan əşyaların sığortalanması mümkündür. Bütün əşyaların siyahısı tərtib edilib sığorta şirkətinə təqdim edildikdən sonra sığrota haqqı və təminat məbləği müəyyən edilir. |
Az Sığorta |
Daşınmaz əmlakın könüllü sığortası zamanı əmlak daxilində olan əşyaların sığortalanması mümkündür. Evdə olan bütün əşyaların siyahısı tərtib olunmalıdır, müştəri bütün əşyaların və qiymətləni qeyd edən siyahını sığorta şirkətinə təqdim edilməlidir. 25 minlik əşyalar üzrə 100 manat ödəniş olunur. |
İpək Yolu Sığorta |
Evdə olan bütün əşyaların siyahısı tərtib olunmalıdır, müştəri bütün əşyaların və qiymətləni qeyd edən siyahını sığorta şirkətinə təqdim etdikdən sonra baxış keçirilir və daha sonra sığorta haqqı və təminat məbləği müəyyən edilir. |
Meqa Sığorta |
Ev əşyalarının sığortalanması mümkündür. Şirkət 3 sığorta paketi təklif edir. Sığorta haqları 27 manat, 45 mannat və 83 manat. 27 manatlıq sığorta 12 500 manat təminat, 45 manatlıq sığorta 30 000 manat, 83 manatlıq sığorta isə 60 000 manat təminat verir. |
Qala Sığorta |
Evdə olan bütün əşyaların siyahısı tərtib olunmalıdır, müştəri bütün əşyaların və qiymətləni qeyd edən siyahını sığorta şirkətinə təqdim etdikdən sonra baxış keçirilir və daha sonra təminat məbləği müəyyən edilir. Təxmini 80 min dəyərində əşyalar üçün 200 manat sığorta haqqı tələb olunur. |
Xalq Sığorta |
Daşınmaz əmlak üzrə əşyaların sığortalanması mümkündür. Daşınmaz əmlakda əmlakın dəyərinə görə təminat təyin edilir. Əşyalar üzrə siyahı tələb olunmadıqda standart təminat üzrə daşınar əmlak üzrə sığorta məbləği (sublimit): 15 000,00 AZN. Bu sığorta şəhadətnaməsinə əlavə olaraq üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası növünü də əlavə edə bilərik. Sığorta məbləği üzrə limit 5 000,00 AZN və ya 10 000,00 AZN təyin oluna bilər. Qeyd edək ki, sığorta haqqı ümumi paket daxilində hesablanır. Həm evin dəyəri, həm məsulliyət həm də danışar əmlakın birlikdə ümumi dəyəri tarifə vurulur. Tarif 0.16%ilə 0.135% aralığında dəyişir. |
Paşa Sığorta |
Könüllü sığorta növlərində ev əşyalarının sığortalanması mümkündür. 3 növ könüllü sığorta var, qiymətlər : 99, 149 və 199 manat. 99 manatlıq sığorta 60 000 manat təminat, 149 manatlıq sığorta 105 000 manat, 199 manatlıq sığorta isə 150 000 manat təminat verir. Bu zaman ev 3 bölmə üzərə sığortalanır : ev sığortalanır, qonşuya dəyəcək zərər sığortalanır və evdə olan əşyalar sığortalnır. |