Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “Atəşgah” sığorta şirkətində zərərlərin tənzimlənməsi işində dəyişiklik edilib.
Şirkətdən FED.az saytına verilən məlumata görə, əmlak növləri üzrə zərərlərin tənzimlənməsi departamentinin rəhbəri Elvin Əliyev öz xahişi ilə başqa işə keçdiyinə görə zərərlərin tənzimlənməsi işinə ümumi rəhbərlik İdarə Heyətinin sədrinin səlahiyyətinə keçib.