"Atəşgah" Sığorta Şirkəti yarandığı gündən sığortanın təməl dəyəri olan “etibarlılıq” prinsipi əsasında fəaliyyətini davam etdirir. Şirkət Azərbaycan sığorta bazarında günbəgün yenilənən və inkişaf edən, çoxçeşidli sığorta məhsulları ilə müştərilərə xidmət edir.
FED.az xəbər verir ki, ən son peşəkar biliklərə yiyələnməklə müştəriləri etibarlı maliyyə müdafiəsi ilə təmin etmək missiyasını həyata keçirən “Atəşgah” Sığorta Şirkəti yeniliklərin tətbiqinə davam edir.
Məmnuniyyətlə bildirilir ki, müştərilər Daşınmaz Əmlakın İcbari Sığortası xidmətini “Atəşgah” mobil tətbiqi ilə yanaşı, ABB mobil tətbiqi üzərindən də əldə edə bilərlər. Belə ki, müştərilər olduqları məkandan ayrılmadan, asan və operativ şəkildə sığorta məhsulunu sözügedən tətbiq vasitəsi ilə əldə edə biləcəklər.
Qeyd edək ki, daşınmaz əmlak sığortasının əsas məqsədi yanğın, təbii fəlakətlər və digər səbəblərdən əmlaka dəymiş ziyanı qarşılamaq, müştərilərin maddi zərər xərclərinin qarşısını almaqdır.
Hər zaman sizləri düşünən sığorta!
Cağrı mərkəzi: 940