Azərbaycanın sığorta bazarında sığorta vasitəçiləri – agentlərə qarşı daha bir xoşagəlməz yenilik baza verib.
Taleh Kazımov: "İcbari avtosığorta lisenziyasının ləğvi ilə bağlı əlavə müraciət daxil olmayıb"
FED.az xəbər verir ki, icbari sığorta xidməti göstərən şirkətlər sığorta agentlərinə bildiriblər ki, fevralın 1-dən etibarən mühərrikinin həcmi 3 litrədək olan avtomobillər üçün sığorta agenti komissiya ödənişi edilməyəcək.
Avtomobilləri icbari sığorta etməyən şirkətlər - SANKSİYA İLƏ ÜZLƏŞƏCƏK
Nəticədə sığorta agentləri yalnız mühərrikinin həcmi 3 litrdən artıq olan avtomobillərə görə ödəniş ala biləcəklər.
Xatırladaq ki, indiyədək təqriğən 1 il ərzində belə qadağa mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillər üçün tətbiq edilirdi.
Sığorta agentləri bu addımı bazardan sığorta vasitəçilərinin sıxışdırılıb çıxarılması kimi qiymətləndirirlər.