Yanvar ayının 21-dən sonra avtomobillərin icbari sığortası ilə bağlı Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi tələblərə riayət etməyən sığorta şirkətlərinə qarşı sanksiyalar tətbiq ediləcək.
Sığorta şirkətləri icbari avto sığortadan belə yayınır - QALA SIĞORTA - VİDEO
Sığorta şirkətləri icbari avto sığortadan belə yayınır - PAŞA SIĞORTA - VİDEO
Sığorta şirkətləri icbari avto sığortadan belə yayınır - BAKI SIĞORTA - VİDEO
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın Baş Direktoru Ziya Əliyev deyib. O bildirib ki, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən tələbləri yerinə yetirməyən sığorta şirkətlərinə qarşı inzibati tənbeh tədbirləri nəzərdə tutulub. Qanuna əsasən tələbləri yerinə yetirməyən sığorta şirkətinə bu barədə xəbərdarlıq edilir, proses yenə davam edərsə cərimə sanksiyaları tətbiq edilir. Daha sonra isə rəhbər şəxslərin vəzifədən kənarlaşdırılması, sığorta şirkətinin müvafiq lisenziyasının geri çağırılması və məhkəmə qaydasında birdəfəlik ləğv edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Mərkəzi Bankının sədri Taleh Kazımovun qərarı ilə “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, avtomobillərin icbari sığortasını həyata keçirən sığorta şirkətlərinə rəsmi elektron səhifələrini sözügedən sığorta növünün onlayn qaydada satışını təmin etməklə bağlı texniki tələblərin uyğunlaşdırılması üçün 10 gün müddət verilib. Bu müddət isə yanvar ayının 21-də bitir. (Apa)