Avtomobillərin icbari sığortası üzrə lisenziyanın könüllü şəkildə ləğv edilməsilə bağlı Azərbaycan Mərkəzi Bankına əlavə heç bir müraciət daxil olmayıb.
Mərkəzi Bankdan sığorta bazarı ilə bağlı - YENİ AÇIQLAMA
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O bildirib ki, Mərkəzi Bank istehlakçıların hüquqlarının qorunması üçün öz tənzimləmə mexanizmlərini gücləndirəcək.
"Sözsüz ki, sığorta şirkətlərinin maliyyə dayanıqlığı da bizim diqqət mərkəzimizdədir" - deyə AMB sədri əlavə edib. (Apa)