Azərbaycan sığorta bazarının aktiv iştirakçılarından olan “Xalq Sığorta” şirkəti cari ilin yanvar-noyabr ayları üzrə fəaliyyətinin nəticələrini açıqlayıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ilin yanvar-noyabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, cari ilin ilk ayında “Xalq Sığorta” şirkətinin yığım portfeli 20,073 mln. manat təşkil edib. Bu isə 2022-ci ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə 18,033 mln. manat və ya 47,3% azdır.
Hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə müştərilərə ümumilikdə 20,948 mln. manat həcmində sığorta ödənişi verilib ki, bu da son bir illə müqayisədə 3,336 mln. manat və 14% az olub.
Bu dövrdə "Xalq Sığorta"nın zərərlilik göstəricisi 104% təşkil edib.