“Xalq Sığorta” ASC-nin Direktorlar Şurasına yeni üzv seçilib.
FED.az xəbər verir ki, bu, Günel Haqverdiyeva Oqtay qızıdır.
Qeyd edək ki, Direktorlar Şurasının üzvlərinin sayı 2023-cü ilin oktyabrından azalmışdı. Belə ki, DŞ-nin üzvü Raman Kurbanau şirkətdən ayrılmışdı.
Bununla da, Direktorlar Şurasının sədri Asim Məmmədli və digər müstəqil üzvü isə Ruslan Seyidovdur.
Xatırladaq ki, “Xalq Sığorta” şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 32.52 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 4.4 manat olan 7.39 mln. səhm əsasında formalaşıb. Səhmlərin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə məxsusdur. (banker.az)