Azərbaycan həyat sığortası bazarında aktivliyi və innovativliyi ilə seçilən “Meqa Həyat Sığorta” şirkəti cari ilin yanvar-dekabr ayları üzrə uğurlu fəaliyyətinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, ötən il ümumilikdə şirkətin peşəkar satış komandası tərəfindən 4 milyon 857 min manat həcmində sığorta haqqı toplanılıb.
Sığorta şirkətinin yığımları son bir illə müqayisədə 2 milyon 453 min manat, başqa sözlə 2 dəfə artıb.
Əvvəlki ilin eyni dövründə “Meqa Həyat Sığorta” ASC-nin yığımları 2 milyon 404 min manat olub.
Onu da qeyd edək ki, “Meqa Həyat Sığorta” şirkəti yığımların artım dinamikasına görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında liderlik mövqeyi nümayiş etdirib.
Hesabat dövründə şirkət müştərilərinə 15 min manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 6 min manat və ya 63,7 dəfə çoxdur. Ötən ilin eyni dövründə sığorta ödənişləri 9 min manat idi.
Sığorta şirkəti ödənişlərin artım dinamikasına görə 6-cı pillədə qərarlaşıb.