Azərbaycan həyat sığortası bazarında aktivliyi və innovativliyi ilə seçilən “Meqa Həyat Sığorta” şirkəti cari ilin yanvar-noyabr ayları üzrə uğurlu fəaliyyətinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında sığorta şirkəti 4 milyon 407 min manat sığorta haqqı toplayıb.
Sığorta şirkətinin yığımları son bir illə müqayisədə 2 milyon 205 min manat, başqa sözlə 2 dəfə artıb.
Əvvəlki ilin eyni dövründə “Meqa Həyat Sığorta” ASC-nin yığımları 4 milyon 808 min manat olub.
Hesabat dövründə şirkət müştərilərinə 15 min manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 8 min manat və ya 2,1 dəfə çoxdur. Ötən ilin eyni dövründə sığorta ödənişləri 7 min manat idi.