Cari ilin yanvar-sentyabr aylarında "Meqa Sığorta" ASC-nin yığımları 24 milyon 822 min manat təşkil edib.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir kİ, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 65 min manat və ya 48,1% artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında sığorta şirkətinin yığımları 16 milyon 757 min manat təşkil edib.
Şirkətin bu dövrdə sığorta ödənişləri 6 milyon 614 min manat təşkil edib.
Ödənişlər son bir ildə 1 milyon 803 min manat 37,5% artıb.
Ötən ilin müvafiq dövründə bu rəqəm isə 4 milyon 8 11 min manat olub.