Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyata keçirilmiş 359,297 milyon manat sığorta ödənişinin 299,011 milyon manatı və yaxud 83,2%-i 5 sığorta şirkətinin payına düşüb.
-
Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-OKTYABR, 2022)
-
Sığorta ödənişlərinin həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-OKTYABR, 2022)
-
Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-OKTYABR, 2022)
-
Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-OKTYABR, 2022)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (181,302 milyon manat), “PAŞA Sığorta” (58,945 milyon manat), “Xalq Sığorta” (21,978 milyon manat), “Atəşgah Həyat Sığorta” (18,898 milyon manat) və “Azərsığorta” (17,888 milyon manat) ASC-lərdir.
10 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (3 min manat), “İpək Yolu Sığorta” (150 min manat), “Xalq Həyat Sığorta” (339 min manat), “Naxçıvan Sığorta” (466 min manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (1,155 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 2,113 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,6%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 58,173 milyon manat (16,2%) təşkil edib. (Renkinq)