Türkiyənın məşhur şirkəti Azərbaycanda yeni pambıq zavodu inşa etməyə başlayıb.
Çin şirkəti Azərbaycanda böyük zavod açır - 70 milyon yatırım, 400 yeni iş yerı
Azərbaycanda pambıqçılıq çox böyük sürətlə inkişaf edir. Təsadüfi deyil ki, Azərbaycan artıq dünyada pambıqçılıq ölkəsi kimi də tanınmağa başlayıb. Azərbaycanda illik pambıq tədarükü bir milyon tona çatdırılacaq.
20 milyon pul yatırılıb, ildə 90 milyon şüşə qab buraxacaq - PREZİDENT AÇILIŞDA
FED.az xəbər verir ki, bunu Türkiyədə fəaliyyət göstərən “Do Cotton Group” şirkətinin rəhbəri Mehmət Doğan bildirib.
“Do Cotton Group”nun Azərbaycandan çox həcmdə pambıq alıb Türkiyə və dünyada bazarlara çıxaran şirkətlər sırasında olduğunu diqqətə çatdıran Mehmət Doğan deyib ki, rəhbərlik etdiyi şirkətin pambıq ticarəti, tədarükü və emal texnologiyalarının hazırlanması sahəsində böyük imkanları var.
Bu çərçivədə “Do Cotton Group” şirkəti Azərbaycanda növbəti pambıq təmizləmə zavodunu Ağcabədi rayonunda tikir. Tam şəkildə Türkiyə istehsalı olan texnologiya və avadanlıqlar bu ilin pambıq yığımı mövsümünə qədər təyinat məntəqəsində montaj olunacaq. İstehsal olunan texnologiya və avadanlıqlar bir sıra keyfiyyət göstəricilərinə malikdir (Azərtac) .