"Mətanət" MMC-yə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti statusu verilib.
“Araz Vadisi İqtisadi Zonası”na 67 milyon manatdan çox - İNVESTİSİYA YATIRILACAQ
FED.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesablarında paylaşım edən iqtisadiyyat naziri Mikayıl Cabbarov əlavə edib ki, şirkət tərəfindən Sənaye Parkının ərazisində quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradılacaq.
O da vurğulanıb ki, investisiya dəyəri 5 milyon manat olan müəssisədə 60 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.