Azərbaycanda tanınmış çörək zavoduna yeni rəhbər təyin edilib.
Eləcə də bax: “PAŞA Kapital İ.Ş.”nin rəhbərliyinə təyinat aldı – BANKDAN TRANSFER
FED.az Banker.az-a istinadən xəbər verir ki, Tural Hacıyev Elxan oğlu “Nəfis” çörək zavodunun (hüquqi adı ilə “Platek Pact” MMC) yeni Baş direktoru təyin edilib.
O, 2019-cu ilin dekabrından bu günə qədər “Delta Group C.O.” MMC-nin Baş icraçı direktorunun müavini (Kommersiya işləri üzrə) kimi çalışırdı.
T.Hacıyevdən öncə “Platek Pact” MMC-nin direktoru İlkin Şabanov olmuş, hansı ki o, hazırda “Delta Group C.O.” MMC-nin Baş icraçı direktorudur.
“Platek Pact” MMC 2013-cü ildə yaradılıb, 1 799 535 manat nizamnamə kapitalına sahibdir. “Platek Pact” MMC-yə məxsus “Nəfis çörək” zavodu Şəmkir şəhərində yerləşir. “Platek Pact” MMC Müdafiə Nazirliyinin keçirdiyi 2015-ci il üzrə tenderin qalibi olmuşdur və hal-hazırda Müdafiə Nazirliyi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq şəxsi heyyətin təminatı üçün çörək istehsal olunaraq hərbi hissələrə çatdırılır.