Ələt azad iqtisadi zonasının genişləndirilməsi üçün əlavə 7 min hektardan çox ərazi nəzərdə tutulur.
Eləcə də bax: Ələt Azad İqtisadi Zonasının inkişaf proqramı - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu, Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxış edərkən Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin (İH) sədri Valeh Ələsgərov deyib.
Onun sözlərinə görə, bu potensial müştərilər üçün cəlbedici olacaq.
"Hazırda azad iqtisadi zonanın ərazisində müxtəlif fazalar üzrə tikinti-quraşdırma işləri həyata keçirilir. Birinci faza sahilkənarı hissədə olan ötən ilin mart ayında tamamlandı. Həmin ilin aprelində biz kommunal xidmətlər infrastrukturunun 60 hektar ərazidə tikintisinə başlanılıb, bu ilin iyun ayında isə biznes mərkəzinin inşasına başlanılacaq. Artıq fiziki işlər qrafikə uyğun olaraq davam edir və biz infrastruktur xidmətlərinin birinci fazası üzrə biznes üçün açılışını cari ilin iyul ayına planlaşdırırıq",- deyə Valeh Ələsgərov qeyd edib. (Apa)