"Qeyri-neft sektorunun inkişafında əlverişli mexanizm olan sənaye zonalarında bu ilin I yarısında 824 milyon manatlıq - ötən ilin eyni dövrü ilə müqayisədə 38% çox məhsul istehsal edilib, 268 milyon manatlıq ixrac həyata keçirilib".
Eləcə də bax: Azərbaycan yanvar-iyunda qeyri-neft ixracını - 27%-dən Çox Artırıb
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.
"Ümumilikdə, indiyə qədər sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub ki, bunun da 1,1 milyard manatlıq hissəsi ixrac edilib", - deyə o, qeyd edib. (Report)