Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1 162,4 mln. ABŞ dolları təşkil edib.
Eləcə də bax: Qeyri-neft sektoru üzrə ixracda pambıq mahlıcı - Birinci Yerdə Olub
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu göstərici 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 27,1% artıb.
Ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində koronavirus (COVID-19) pandemiyasının qeyri-neft ixracına mənfi təsirləri azaldılıb və ixracda dinamik artıma nail olunub. Qeyd edilən müddətdə şəkər ixracı 2,5 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2,4 dəfə, pambıq ipliyinin ixracı 2,4 dəfə, pambıq lifi ixracı 2,1 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 49% artıb. (Apa)