FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Elşad Əliyev Qafqazın ən böyük metallurgiya zavodu olan “Baku Steel Company” QSC-də Biznesin inkişafı və Layihələrin idarə edilməsinin müdiri vəzifəsinə təyin olunub.
“Deloitte Azərbaycan”da iki direktor - TƏYİN EDİLİB
Vəzifəsinin icrasına iyun ayından başlayıb. O eyni zamanda müstəqil ekspert-konsultant kimi fəaliyyət göstərir.
Elşad Əliyev 14 ildən çoxdur bank sektorunda, xüsusilə Azərbaycan Beynəlxalq Bankında müxtəlif vəzifələrdə çalışıb.
O, Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Maliyyə-kredit sahəsində bakalavr təhsili, həmçinin həmin univeristetin Maliyyə-kredit sahəsində magistr təhsili almışdır. Daha sonra isə Koç Universitetinin mini MBA proqramını uğurla bitirmişdir.