"AzerGold” QSC 2019-cu ildə vergi ödənişlərini artırıb.
FED.az QSC-yə istinadən xəbər verir ki, “AzerGold” QSC-nin bütün növ vergi ödənişlərində artım qeydə alınıb.
Eləcə də bax:Dövlət şirkətinin rəhbərliyində - TƏYİNAT
Belə ki, 2019-ci ildə dövlət büdcəsinə ümumilikdə 13 milyon 488 min manat vəsait ödənilib. Ötən il bu məbləğ 12 milyon 645 min manat təşkil etmişdir. 2019-cu ildə büdcə ödənişləri ötən illə müqayisədə 843 min 274 manat, yəni 6.67 % artmışdır.
2019-cu ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hasilat göstəriciləri 55 min unsiya qızıl və 103 min unsiya gümüş olmuşdur. Bu göstərici 2018-ci il ilə müqayisədə 9.74 min unsiya (21.3%) qızıl və 25.74 min unsiya (33.2%) gümüş çoxdur. 2019-cu ildə “AzerGold” tərəfindən beynəlxalq bazarda 59.6 min unsiya qızıl və 110.9 min unsiya gümüş satılmışdır. Bu göstərici isə 2018-ci il ilə müqayisədə 14.6 min unsiya (33%) qızıl və 34.6 min unsiya (47%) gümüş çoxdur.