2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 553 min 780 ABŞ dolları dəyərində 480 kq nərə balığının kürüsü ixrac edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitənin hesabatı əsasında apardılan hesablamalara görə ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac olunan kürünün həcmi 80 kq və ya 20%, dəyəri isə 208 min 510 dolları və ya 60% artıb.
Hesabat dövründə qara kürünün 1 kq orta ixrac qiyməti 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 494 manat və ya 34% artaraq 1961 manat təşkil edib. Qeyd edək ki, ötən ilin 8 ayına görə 1 kq qara kürünün orta ixrac qiyməti 1 467 manat idi.
Qeyd edək ki, qara kürü əsasən Birləşmiş Ərəb Əmirliklərinə (210 kq), Amerika Birləşmiş Ştatlara (140 kq), Qazaxıstana (40 kq), Səudiyə Ərəbistana (10kq) və Sinqapura (10 kq) ixrac edilib.Bundan başqa digər ölkələrə 60 kq qara kürü ixracı həyata keçirilib. Macarsıtana ixrac edilən kürünün ixracı isə 2 min 690 dollar təşkil edib.
Bu məhsul Birləşmiş Ərəb Əmirliklərinə 1 717 manata, Amerika Birləşmiş Ştatlarına 1 378 manata, Qazaxıstana 3 400 manata, Səudiyə Ərəbistana 3 855 manata, Sinqapura isə 3 624 manata satılıb.
|
Ölkələr |
Miqdar (kq) |
Məbləğ (dollar) |
1 kq orta ixrac qiyməti (dollar) |
1 kq orta ixrac qiyməti (manat) |
S/n |
İxrac (cəmi) |
480 |
553 780 |
1 154 |
1 961 |
1 |
Qazaxıstan |
40 |
80 000 |
2 000 |
3 400 |
2 |
Amerika Birləşmiş Ştatları |
140 |
113 520 |
811 |
1 378 |
3 |
Birləşmiş Ərəb Əmirlikləri |
210 |
212 170 |
1 010 |
1 718 |
4 |
Səudiyyə Ərəbistanı |
10 |
22 680 |
2 268 |
3 856 |
5 |
Sinqapur |
10 |
21 320 |
2 132 |
3 624 |
6 |
Ölkə təyin olunmayıb |
60 |
101 410 |
1 690 |
2 873 |
7 |
Macarıstan |
- |
2 690 |
- |
- |
Xatırladaq ki, bu dövrdə Azərbaycana Çindən 1 milyon 89,9 min ABŞ dolları dəyərində 3 630 kq qara kürü idxal edilib. Bu məhsulun orta idxal qiyməti isə 510 manat təşkil edib. Bundan başqa Belarusdan 140, Lüksemburqdan 20 dollarlıq kürü idxal edilib.
|
Ölkələr |
Miqdar (kq) |
Məbləğ (dollar) |
1 kq orta idxal qiyməti (dollar) |
1 kq orta idal qiyməti (manat) |
S/n |
Cəmi (idxal) |
3630 |
1 090 060 |
300 |
510 |
1 |
Belarus |
- |
140 |
- |
|
2 |
Çin |
3630 |
1 089 900 |
300 |
510 |
3 |
Lüksemburq |
- |
20 |
- |