2024-cü ilin yanvar ayında Azərbaycanda 9 206,6 ton pambıq mahlıcı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 1 162,7 ton və ya 10,8% azalıb.
Ötən ilin yanvar ayında 10 765,3 ton pambıq mahlıcı istehsal edilmişdi.
2024-cü ilin fevral ayının 1-nə hazır məhsul istehsalı 41 min 477 ton təşkil edib.
Hazır məhsul ehtiyatı 8 min 954,3 ton, yəni 27,5% artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 32 min 522,7 ton olub,